"Milan" Cakadan imtina etdi - Səbəb
26.06.2025 - 16:17
"Milan" Cakadan imtina etdi - Səbəb

"Milan" "Bayer"in yarımmüdafiəçisi Qranit Caka ilə müqavilə imzalamaqdan imtina edib.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, klubun idman direktoru İqli Tare futbolçunun nümayəndələri ilə əlaqə saxlasa da, klublar arasında danışıqlar baş tutmayıb.

İddialara görə, "Milan" Caka transferinin çox baha başa gələcəyinə inanır və buna görə də təklif göndərməkdən imtina edib. 

Cakanın dəyəri 12 milyon avro olaraq qiymətləndirilir. Yarımmüdafiəçinin "əczaçılar"la müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.