“Napoli”nin futbolçusu zədələndi
12.02.2025 - 18:23
![“Napoli”nin futbolçusu zədələndi](https://apasport.az/storage/news/2025/february/12/big/67acaeea991e667acaeea991e7173937021867acaeea991da67acaeea991e5.jpg)
İtaliya A Seriyası təmsilçilərindən “Napoli” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komandanın əsas üzvü David Neres sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
David Neresin bərpa prosesi nə qədər çəkəcək?
Bildirilib ki, 27 yaşlı vinger 1 ay Neapol təmsilçisinə kömək edə bilməyəcək.
David Neresin Napoli karyerası
Braziliya millisinin üzvü yeni komandası ilə keçirdiyi 24 rəsmi qarşılaşmada 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Neres ötən il 28 milyon avro qarşılığında “Benfika”dan “Napoli”yə transfer olunmuşdu.
0
0