"Napoli"nin ulduzuna 4 müştəri
10.06.2026 - 12:22
"Napoli"nin hücumameyilli yarımmüdafiəçisi Antonio Verqara komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
23 yaşlı futbolçu ilə "Roma", "Atalanta", "Komo" və "Tottenhem" yaxından maraqlanır.
Verqaranın mümkün transferi 30 milyon avro dəyərində qiymətləndirilir. Onun gələcəyi ilə bağlı qərar Antonio Kontenin gedişindən sonra “Napoli”nin yeni baş məşqçisinin kim olacağından asılıdır.
Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm A Seriyasında 12 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
0
0