Okafordan sərt qərar – Murat Yakın gedənədək İsveçrə millisində oynamayacaq
10.09.2026 - 16:36
Okafordan sərt qərar – Murat Yakın gedənədək İsveçrə millisində oynamayacaq

İsveçrə millisinin hücumçusu Noah Okafor yığma ilə bağlı radikal qərar verib.

Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçu Murat Yakın millinin baş məşqçisi olduğu müddətdə İsveçrə yığmasının formasını geyinməyəcəyini açıqlayıb. Okafor qərarını baş məşqçi ilə münasibətlərində özünü kifayət qədər dəyərli və etimad görən futbolçu kimi hiss etməməsi ilə əsaslandırıb.

Okaforla Yakın arasında münasibətlər daha əvvəl də gərgin olub. Futbolçu 2025-ci ildə milli komandaya dəvət almamasından və federasiya tərəfindən onunla kifayət qədər ünsiyyət qurulmamasından açıq şəkildə narazılıq etmişdi. Sonradan tərəflər arasında görüş keçirilib və münasibətlərin düzəldiyi bildirilib.

Lakin DÇ-2026 zamanı Okafor əsas heyətdə çox az şans qazanıb. Yakın həmin dövrdə onun mövqeyində rəqabətin yüksək olduğunu və taktiki seçimlərə üstünlük verdiyini bildirmişdi.

Noah Okafor İsveçrə millisində 2019-cu ildən çıxış edir. O, yığmanın heyətində 26 oyun keçirib və 2 qol vurub.

Qeyd edək ki, Okafor hazırda İngiltərənin “Lids” klubunda çıxış edir. O, 2025-ci ilin yayında “Milan”dan Premyer Liqa təmsilçisinə transfer olunub və 4 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçu daha əvvəl “Bazel”, “Zalsburq”, “Milan” və icarə əsasında “Napoli”nin formasını geyinib.