Olise uğrunda mübarizə qızışır: PSJ DƏ YARIŞA QOŞULDU
11.06.2026 - 12:14
“Bavariya”nın futbolçusu Maykl Olise PSJ-nin maraq dairəsinə düşüb.
Apasport.az xəbər verir ki, Paris klubu yay transfer pəncərəsində fransalı vingeri heyətinə qatmağa çalışacaq.
PSJ rəhbərliyi bu keçidin müsbət nəticələnəcəyinə inanır.
Paris təmsilçisi futbolçunun transferində nikbin mövqe sərgiləyir.
Ötən mövsüm Olise Bundesliqada 32 oyuna çıxıb. O, bu matçlarda 15 qol vurub və 19 məhsuldar ötürmə edib.
Qeyd edək ki, daha əvvəl “Real”ın da futbolçu ilə maraqlandığı bildirilirdi. “Bavariya” prezidenti bu iddialara münasibət bildirərkən sərt açıqlama vermişdi.
0
0