“Qalatasaray”da iki yeni müqavilə
04.08.2025 - 22:35

"Qalatasaray" daha iki futbolçusu ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, klub Yunus Akgün və Davinson Sançezi komandada saxlayıb.
Onların hər ikisi ilə yeni müqavilə imzalanıb.
Hər iki oyunçunun sözləşmə müddəti 4 illik nəzərdə tutulub. Klub futbolçularla 3+1 illik anlaşma əldə edib.
Qeyd edək ki, Akgün "Qalatasaray"ın öz yetirməsidir. Sançez isə 2023-cü ilin yayında "Tottenhem"dən "Cimbom"a transfer olunub.
0
0