Qardi "Qalatasaray"a təklif etdi – Buruk ulduz futbolçuya “hə” dedi
08.06.2026 - 13:19
Qardi "Qalatasaray"a təklif etdi – Buruk ulduz futbolçuya “hə” dedi

“Qalatasaray” transfer çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiə xəttini gücləndirmək üçün diqqətini Nikolo Barellaya yönəldib.

“Sabah”ın məlumatına görə, italiyalı menecer Corc Qardi “Qalatasaray”a “İnter”in yarımmüdafiəçisini təklif edib. Baş məşqçi Okan Burukun da Barellanın transferinə müsbət yanaşdığı bildirilir.

Bu qərardan sonra “sarı-qırmızılılar” italiyalı futbolçu üçün transfer çalışmalarına başlayıb.

Qeyd edək ki, 29 yaşlı Barellanın “İnter”lə müqaviləsi 2029-cu ilin yayına qədərdir. O, ötən mövsüm A Seriyasında 34 oyunda 3 qol vurub, 8 məhsuldar ötürmə edib.