"Real Madrid" "Leyptsiq"in futbolçusu Yan Diomandenin transferi istiqamətində mühüm irəliləyiş əldə edib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Madrid klubu fil dişi sahilli vingerlə şəxsi müqavilə şərtləri üzrə şifahi razılıq əldə edib. Futbolçu da "Real"a keçidə razılıq verib. Bundan əvvəl isə Diomande PSJ ilə də şəxsi şərtləri razılaşdırmışdı.
Bildirilib ki, "Real Madrid" "Leyptsiq"in 90 milyon avro və 10 milyon avro bonusdan ibarət ilk təklifini rədd etməsindən sonra Almaniya klubuna yeni təklif göndərməyə hazırlaşır. PSJ isə transfer uğrunda mübarizəni davam etdirir və futbolçunun tərəfi ilə əlaqələri yenidən aktivləşdirib.
Qeyd edək ki, 19 yaşlı Yan Diomande ötən mövsüm "Leyptsiq"in heyətində uğurlu çıxışı ilə Avropanın aparıcı klublarının diqqətini cəlb edib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı