“Real Madrid” hücum xəttini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, Madrid təmsilçisi “Atletiko”nun futbolçusu Xulian Alvarezlə maraqlanır.
“Sky DE”nin məlumatına görə, “kral klubu” argentinalı hücumçu ilə bağlı ilkin məlumat alıb.
Alvarezin transferində “Real Madrid” prezidenti Florentino Peresin də maraqlı olduğu bildirilir. Klub rəhbərliyi yay transfer pəncərəsində hücum xəttinə yüksək səviyyəli futbolçu cəlb etməyi planlaşdırır.
Madrid təmsilçisi hələlik rəsmi təklif göndərməyib. Lakin Alvarezin vəziyyəti və mümkün transfer şərtləri ilə bağlı məlumat toplamağa başlayıb.
“Forvard” mövqeyində bir neçə variantı nəzərdən keçirən “Real” üçün Alvarez əsas namizədlərdən biri hesab olunur.
Qeyd edək ki, Xulian Alvarez 2025/26 mövsümündə La Liqada “Atletiko”nun heyətində 29 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Argentinalı futbolçunun Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı