“Torino”da baş məşqçi ayrılığı
23.02.2026 - 23:42
“Torino”da baş məşqçi ayrılığı

"Torino"da ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, klub baş məşqçi Marko Baroni ilə yollarını ayırıb.

Bunu Turin təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Onun yerinə italiyalı mütəxəssis Roberto D'Aversa təyin olunub. 50 yaşlı məşqçi daha əvvəl "Empoli", "Leççe", "Sampdoriya" və "Parma" klublarını çalışdırıb.

Qeyd edək ki, 26 turdan sonra “Torino” A Seriyasında 27 xalla 15-ci pillədə qərarlaşıb.