
İngiltərə Premyer Liqası komandalarından “Tottenhem” baş məşqçisi Ange Postekoqlu ilə yollarını ayıra bilər.
Apasport.az xəbər verir ki, buna klubun daxili çempionatda uğursuz çıxış etməsi səbəb olub. Bu barədə “Telegraph” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, rəhbərlik artıq mütəxəssisin əvəzedicilərini tapıb.
Bunlar – “Fulhem”dən Marko Silva və “Bornmut”dan Andoni İraoladı. İngiltərə təmsilçisi mövsümün sonunda Avropa Liqasında çempion olmasa, rəhbərlik baş məşqçi ilə yollarını ayıracaq.
Qeyd edək ki, “Tottenhem” 29 turdan sonra Premyer Liqada 34 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.