“Tottenhem”in futbolçusu ƏMƏLİYYAT OLUNUB
19.01.2026 - 18:55
“Tottenhem”in futbolçusu ƏMƏLİYYAT OLUNUB

"Vest Hem"lə matçda zədələnərək meydanı tərk edən "Tottenhem"in futbolçusu Ben Deyvisin vəziyyətinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, sol ayaq biləyində qırıq aşkarlanan müdafiəçi əməliyyat olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı oyunçunun nə zaman yaşıl meydanlara qayıdacağı bəlli deyil.

Qeyd edək ki, Uels millisinin üzvü olan Ben bu mövsüm "Tottenhem"in heyətində 5 rəsmi matça çıxıb və 1 qolla yadda qalıb.