“Atletik Bilbao”nun gənc ulduzu Niko Uilyams “Barselona”dan başqa heç bir klubla danışıq aparmayacaq.
Apasport.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
2024-cü ildə Almaniyada keçirilən Avropa Çempionatında göstərdiyi oyunu ilə diqqətləri cəlb edən İspaniyalı vinger Kataloniya klubuna getmək istəyir.
“Arsenal” və “Bavariya” kimi klubların maraqlandığı futbolçunun yalnız “Barselona” ilə danışıq aparması İspaniya çempionunu bu yarışda rəqibsiz edib.
Qeyd edək ki, Niko “Atletik”in yetirməsidir və cari mövsümdə komandası ilə çıxdığı 45 matçda 45 matça 11 qol və 7 məhsuldar ötürməyə imza atıb.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək