[b]“Mançester Siti” “Çelsi”nin rekordunu 4 qolla təkrarladı - VİDEO[/b]
29.04.2018 - 19:33
İngiltərə Premyer Liqasının XXXVI turunda “Vest Hem”i səfərdə məğlub edən (4:1) “Mançester Siti” rekord təkrarlayıb. Apasport.az saytının məlumatına görə, “şəhərlilər” cari mövsümdə 30-cu qalibiyyətinə imza atmaqla buna nail olub.
Bununla da Pep Qvardiolanın yetirmələri Premyer Liqa tarixində bir mövsümdə ən çox qələbə qazanmış “Çelsi”yə çatıb. “Zadəganlar” ötən mövsüm 30 qalibiyyət əldə etmişdilər.
Daha bir qələbə “Mançester Siti”nin rekordu yeniləməsi ilə əlamətdar olacaq. Bunun üçün Mançester təmsilçisi “Haddersfild”, “Brayton” və ya “Sauthempton”u məğlub etməlidi.
0
0