[b]Ardıcıl 5-ci dəfə[/b]
07.05.2018 - 09:29
Çempionlar Liqasının daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində Andorranı “Santa Koloma” təmsil edəcək.
Cırtdan ölkə çempionatının sonuna 1 tur qalmış qızıl medalları təmin edən komanda tarixində 11-ci uğurunu rəsmiləşdirib. Ardıcıl 5-ci zəfər “Enqordan”la ev oyununa rəsmiləşib.
Ən yaxın izləyicisi ilə ev matçında qolsuz heç-heçə edən “Santa Koloma” 4 xallıq üstünlüyü qoruyub. Finişə malik tur qalmış 58 xala malik olan “Santa Koloma” bununla da Çempionlar Liqasının ilkin raunduna vəsiqə əldə edib.
0
0