[b]Prosineçki: Foqts çox öyünməsin...[/b]
08.10.2016 - 22:15
[b]Prosineçki: Foqts çox öyünməsin...[/b]

Azərbaycan millisi bir seçmə mərhələdə qazanılan qələbə sayında rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in ilk iki oyununda San-Marino və Norveçi eyni – 1:0 hesabı ilə məğlub edən Robert Prosineçkinin yetirmələri yığma tarixinin rekorduna şərik çıxıb.

 

Belə ki, bunadək 11 seçmə mərhələ keçirən komandamızın rekordu da 1 tsikldə 2 qələbə idi. Həmin rekorda AÇ-2012-nin seçmə oyunlarında imza atan Berti Foqtsun baş məşqçisi olduğu yığma 10 oyunda 2 dəfə sevinmişdi.

 

Bu dəfə isə artıq 2 matçda 2 qələbə əldə olunub. Növbəti – 3-cü uğurla mütləq rekord vuracaq millinin qarşıda 8 görüşü var. Qazanılacaq ilk 3 xal yeni nailiyyətlə əlamətdar olacaq.

 

Qeyd edək ki, AÇ-2012-də 2 qələbə qazanan millimiz DÇ-1998, AÇ-2000, DÇ-2002, AÇ-2004, AÇ-2008, DÇ-2010, DÇ-2014 və AÇ-2016-nin hərəsinin seçmə mərhələsində 1 dəfə qalib gəlmişdi. Debüt etdiyimiz AÇ-1996 və DÇ-2006 isə qələbəyə həsrət qaldığımız tsikllərdi.

 

0