Premyer Liqanın 21 əvəzolunmazı
27.10.2015 - 09:41
Premyer Liqanın 21 əvəzolunmazı

Topaz Premyer Liqasının I dövrəsində 21 futbolçu bütün qarılaşmalarda əvəzolunmadan iştirak edib. Apasport.az saytının məlumatına görə, bu mövsümdən güclülər sırasında çıxış edən “Kəpəz”lə “Zirə”də daha çox – 4 oyunçu 9 matçda 810 dəqiqə forma geyib.

 

Paytaxt klubunda bunlar Aleksandr Şemonayev, Anar Nəzirov, Sadiq Quliyev, Yovan Krietadı. Gəncəlilər üçün isə Şəhriyar Rəhimov, Tadas Simaitis, Tərlan Quliyev, Tural Axundov əvəzolunmazdı.

 

AZAL və “Xəzər Lənkəran”da isə belə futbolçuları sayı 3-cü. Cənublularda Elnur Cəfərov, Orxan Sadıqlı, Rahid Əmirquliyev, “təyyarəçilər”də Emin Cəfərquliyev, Stanislav Namaşko, Tural Hümbətov 810 dəqiqə oynayıb.

 

“Rəvan”ın 2 üzvü - Kostyantin Maxnovski, Şerif Suma əvəolunmazdısa, digər 5 komandanın hərəsində 1 belə futbolçu var. Bunlar Denis Silva (“İnter”), Erik Ramos (“Neftçi”), İbrahim Sehiç (“Qarabağ”), Elvin Camalov (“Qəbələ”) və Vurğun Hüseynovdu (“Sumqayıt”).

0