Yakiroviçdən Acuna transfer mesajı – “12-15 oyunçu lazımdır”
05.06.2026 - 12:02
Yakiroviçdən Acuna transfer mesajı – “12-15 oyunçu lazımdır”

“Hull Siti”nin baş məşqçisi Sergey Yakiroviç Premyer Liqada qalmaq üçün heyətin ciddi şəkildə gücləndirilməli olduğunu bildirib.

Apasport.az xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu klub yeni mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcək.

Çempionşipdən yüksək liqaya yüksələn “Hull Siti”də əsas hədəf elitada möhkəmlənməkdir.

Yakiroviç bunun üçün transfer bazarında aktiv olmalı olduqlarını deyib:

“Premyer Liqada qalmaq üçün 12-15 transferə ehtiyacımız var”.

Qeyd edək ki, Acun Ilıcalının sahibi olduğu “Hull Siti” baş məşqçi Sergey Yakiroviçin rəhbərliyi altında Premyer Liqaya yüksəlib.