Ziyeşin yeni komandası bəlli olub
22.10.2025 - 19:19
Ziyeşin yeni komandası bəlli olub

Bir müddət "Qalatasaray"da da çıxış edən mərakeşli futbolçu Hakim Ziyeşin yeni komandası bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb. 

Ziyeş Mərakeş Liqasında çıxış edəcək. O, "Vydad Kasablanka" ilə müqavilə imzalayıb .

Qeyd edək ki, təcrübəli futbolçu “Qalatasaray”dan sonra Qətərin “Əl-Duhail” komandasına transfer olunmuşdu.