[b]“Səbail” Məmmədovun da keçidini rəsmiləşdirdi[/b]
22.12.2017 - 17:01
[b]“Səbail” Məmmədovun da keçidini rəsmiləşdirdi[/b]

“Neftçi”də daha bir ayrılıq baş verib. Apasport.az saytı xəbər verir ki, Rahil Məmmədov rəsmən “ağ-qaralar”la vidalaşıb.

 

Gənc müdafiəçi gözlənildiyi kimi, karyerasını “Səbail”lə davam etdirəcək. Tərəflər arasında münasibətlər az öncə rəsmiləşib.

 

“Səbail” Məmmədovu heyətinə birdəfəlik qatıb.

 

Qeyd edək ki, “Neftçi” bundan öncə Pavel Dreksa, Fəhmin Muradbəyli, Maksim Vaylo, Məqsəd İsayev, Təyyar Məmmədov və Edson Kastilyo ilə yollarını ayırmışdı.

0