FİFA Federasiya rəhbərini 8 illik cəzalandırdı
13.05.2015 - 18:22
FİFA Federasiya rəhbərini 8 illik cəzalandırdı

FİFA Taiti Futbol Federasiyasının rəhbəri Reynald Temarini uzun müddətə cəzalandırıb. Apasport.az saytının məlumatına görə, bu barədə qurumun mətbuat xidməti xəbər yayıb.

 

Taitili futbol funksioneri FİFA Nizam İntizam Komitəsi tərəfindən etik kodekslərə əməl etmədiyi üçün 8 il müddətinə cəzalanıb. Bu müddətdə onun bütün daxili və beynəlxalq yarışlarda futbolla hər hansı bir əlaqəsi qadağan olunub.

 

Cəzaya səbəb Temarinin 2010-cu ildə Asiya Futbol Federasiyaları Konfederasiyasının o zamankı prezidenti Muhammed bin Hammamdan külli iqdarda pul alaraq bəzi uyğunsuzluqları ört-basdır etməsi olub.

0