“Topaz” Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunları üçün əmsalları açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru Azərbaycan klublarının görüşlərinə də pul qoyuluşu qəbul edəcək.
“Topaz” Bakıda keçiriləcək “Qarabağ” - “Monako” duelində qonaqları şanslı sayır. Belə ki, Ağdam təmsilçisinin qələbəsi 3,40 əmsalla qiymətləndirildiyi halda fransızların 3 xal qazanmasın 2,00 əmsal verilib. Görüşdə heç-heçə 2,80 əmsaldı.
Dortmundda “Borussiya”nın qonağı olacaq “Qəbələ”nin də xal qazanmasına inam azdı. Çünki “Topaz” bu qarşılaşmada matçın nəticəsinə deyil, yalnız qolların tək, yaxud cüt olmasına və 3,5-dən çox top vurulacağına pul qoyuluşu qəbul edəcək. Burada ən azı 4 qol vurulmasına cəmi 1,45 əmsal verilib. Qarşılaşmada 4-dən az top olması isə 1,95 əmsaldı.