“Beşiktaş” yenə xal itirib
21.12.2024 - 22:36
“Beşiktaş” yenə xal itirib

Türkiyə Super Liqasında XVII tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün növbəti iki oyun keçirilib.

"Beşiktaş"ın uğursuz çıxışı davam edib. Komanda öz meydanında "Alanyaspor"un müqavimətini qıra bilməyib. Görüş 1:1 hesabı ilə başa çatıb. Günün digər matçında isə qapılara qol vurulmayıb.

Türkiyə Super Liqası
XVII tur

"Sivasspor" - "Samsunspor" - 0:0
"Beşiktaş" - "Alanyaspor" - 1:1

0