Yığmalarımızdan biri şanslı, digəri autsayderdi
17.11.2015 - 15:36
Yığmalarımızdan biri şanslı, digəri autsayderdi

“Topaz” bu gün keçiriləcək oyunların əmsallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru Azərbaycan millilərinin görüşlərinə də pul qoyuluşu qəbul edəcək.

 

“Topaz” Robert Prosineçkinin yetirmələrinin Moldova ilə yoxlama matçında yığmamızı şanslı sayır. Bakıda keçiriləcək görüşdə futbolçularımızın qələbəsi 2,15, qonaqların qalib gəlməsi 3,15  əmsalla qiymətləndirilib. Qarşılaşmada heç-heçə 2,75 əmsaldı.

 

U-21 millimizin Avro-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiya ilə oyununda isə şimal qonşularımız favorit sayılır. “Topaz” komandamızın 3 xal qazanmasına 5,80, rəqibin qələbəsinə 1,40 əmsal verib. Görüşdə “sülh” proqnozlaşdıranlar isə əmanətlərini 3,75 dəfə artıra bilərlər.

 

0