“Qarabağ” və “Qəbələ”nin şansları nə qədərdi?
26.11.2015 - 11:46
“Qarabağ” və “Qəbələ”nin  şansları nə qədərdi?

“Topaz” Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək matçların əmsalını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru bu gün meydana çıxacaq “Qarabağ” və “Qəbələ”nin görüşlərinə də pul qoyuluşu qəbul edəcək.

 

“Topaz” Ağdam təmsilçisinin qələbəsini 3,35 əmsalla qiymətləndirir. Matçda heç-heçəyə 2,95, qonaqların qalib gəlməsinə 1,95 əmsal verilib.

 

Mərc oyunları operatoru PAOK - “Qəbələ” qarşılaşmasında da rəqibi şanslı sayır. Yunanıstan təmsilçisinin 3 xal qazanması 1,30, məğlubiyyəti 7,00 əmsaldı. Görüşdə heç-heçə proqnozlaşdıranlar əmanətlərini 4,10 dəfə artıra bilərlər. 

0