“Topaz” bu gün keçiriləcək Avropa Liqasının qrup mərhələsinin son oyunları üçün əmsalları açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru Azərbaycan klublarının da qarşılaşmalarına pul qoyuluşu edəcək.
Belə ki, “Anderlext” – “Qarabağ” matçında Belçika klubu şanslı göstərilib. Rəqibin 3 xal əldə etməsi 1,35 əmsal olduğu halda, Ağdam komandasının qalib gəlməsi 6,30 əmsaldı. Oyunda heç-heçə proqnozlaşdıranlar əmanətlərini 3,90 dəfə artıra bilərlər.
“Qəbələ” – “Krasnodar” qarşılaşmasında da rəqib şanslı sayılır. Təmsilçimizin qələbəsi 4,10, qonaqların qalib gəlməsi 1,65 əmsalla qiymətləndirilib. Görüşdə heç-heçə 3,30 əmsaldı.