[b]Azərbaycan çempionu güllələndi[/b]
21.02.2016 - 14:47
[b]Azərbaycan çempionu güllələndi[/b]

Azərbaycanda gənc idmançı dünyasını dəyişib.  Apasport.az saytının musavat.com-a istinadən məlumatına görə, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilov vəfat edib.

 

Bu barədə deputat, Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev feysbukda yazıb. O, gənc idmançının ölümünün səbəbini açıqlamayıb. 

 

Azərbaycan Kikboksinq Federasiyası mərhum idmançının ailəsinə başsağlığı verib.

 

Musavat.com-un əldə etdiyi məlumata görə, 32 yaşlı idmançı qətlə yetirilib. 

 

Hadisə Gəncədə baş verib. Şəhərin Əttarlar küçəsində, "Kəpəz" mehmanxanasının qarşısında Elmir Cəlilov öz avtomobilində güllələnib.

0