[b]Rövnəq Abdullayevin oğlu klub rəhbəri seçildi[/b]
06.09.2016 - 16:47
[b]Rövnəq Abdullayevin oğlu klub rəhbəri seçildi[/b]

Birinci divizionda iştirak edəcək “Səbail” klubunun iclası keçirilib. Apasport.az saytı xəbər verir ki, toplantıda klubun rəhbəri müəyyənləşib.

 

Keçirilən seçkilərdə Rəşad Abdullayev yekdilliklə klubun Müşahidə Şurasının (MŞ) sədri seçilib. MŞ-nın əvvəlki rəhbəri Yusif Həsənov isə icraçı direktor vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, Rəşad Abdullayev AFFA-nın prezidenti Rövnəq Abdullayevin oğludu.

0