"Sabah"ın legionerindən yubiley qolu
25.11.2024 - 10:14
Coy-Lens Mikels “Sabah”ın heyətində 40-cı qolunu vurub.
Apasport.az xəbər verir ki, 30 yaşlı almaniyalı legionerin yubileyi Misli Premyer Liqasının XIV turunun “Turan Tovuz”la görüşünə təsadüf edib.
O, komandasının bərabərlik qolunun müəllifi olub.
Coy-Lens Bakı klubunda keçirdiyi 86-cı oyunda 40-cı dəfə fərqlənib. O, Premyer Liqada 35 (74 oyun), ölkə kubokunda 3 (6 oyun), avrokuboklarda 2 (6 oyun) dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Mikels “Sabah”ın tarixində ən məhsuldar oyunçudur.
- "Qarabağ" çempionluğu niyə əldən verdi? - Mahir Şükürov səbəbləri açıqladı
- "Qarabağ"ın baş məşqçisi hakimi təhqir etdi - AFFA 4 oyunluq CƏZALANDIRDI
- Millimizdə baş məşqçi dəyişikliyi - RƏSMİ
- Eren Aydın: “Qarabağ", "Sabah" - KİM GƏLİRSƏ GƏLSİN
- AFFA-nın Kütləvi Futbol Departamentinin əməkdaşları UEFA seminarına qatılıb
0
0