Super Liqa: XIII tura start verilib
28.11.2026 - 00:18
Super Liqa: XIII tura start verilib

Türkiyə Super Liqasında XIII tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

"Alanyaspor" öz meydanında "Konyaspor"u qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Kasımpaşa" isə səfərdə "Rizəspor"la üz-üzə gəlib. 5 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub - 3:2.

Qeyd edək ki, tura noyabrın 30-u yekun vurulacaq.