Acun Ilıcalının komandası “Brayton”u məğlub etdi
22.11.2026 - 20:02
Acun Ilıcalının komandası “Brayton”u məğlub etdi

İngiltərə Premyer Liqasında növbəti turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu “Hall Siti” doğma meydanda “Brayton”u qəbul edib.

MKM stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün böyük hissəsində “Brayton” daha fəal oyun nümayiş etdirib. Qonaqlar bir neçə qol imkanı yaratsalar da, “Hall Siti”nin qapıçısı Konstantinos Tsolakis etibarlı çıxışı ilə fərqlənib.

Matçın son dəqiqələri isə xüsusilə dramatik alınıb. “Brayton”un futbolçusu Kostinya 90-cı dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Say üstünlüyü qazanan meydan sahibləri bundan dərhal yararlanıblar. Oliver Makberni 90+2-ci dəqiqədə hesabı açıb. Hücumçu 90+5-ci dəqiqədə yenidən fərqlənərək dublunu rəsmiləşdirib və komandasının qələbəsini təmin edib.

Bu nəticə ilə “Hall Siti” xallarının sayını 14-ə yüksəldib. “Brayton” isə 22 xalda qalıb.