Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma keçirilib.
Premyer Liqa təmsilçilərindən “Araz-Naxçıvan” səfərdə “Şimal”ı 6:0, “Sumqayıt” isə “Kür-Araz”ı 11:0 hesabı ilə məğlub edib. “Qəbələ” doğma meydanda “Mingəçevir”ə 3:0 hesabı ilə qalib gəlib.
Günün digər matçlarında “Marafon” “Zaqatala”nı 1:0 hesabı ilə üstələyib. “Zirə” isə səfərdə “Səbail”lə əsas vaxtda 1:1, əlavə vaxtda 2:2 hesablı heç-heçə edib. Penaltilər seriyasında daha dəqiq oynayan qonaqlar 3:2 hesabı ilə qalib gəliblər.
Beləliklə, “Araz-Naxçıvan”, “Sumqayıt”, “Qəbələ”, “Marafon” və “Zirə” növbəti mərhələyə yüksəliblər.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
27 oktyabr
14:00. “Şimal” – “Araz-Naxçıvan” 0:6
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sadiq Əliyev, Rəsul Babayev.
Stadion: Şamaxı şəhər stadionu.
14:00. “Marafon” – “Zaqatala” 1:0
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rizvan Süleymanov, Kamil Aydınov.
Stadion: “Marafon Arena”.
17:00. “Kür-Araz” – “Sumqayıt” 0:11
Hakimlər: Niyaz Əhmədov, Rəhman Aslanov, Məmmədəli Kərimov, Nəriman Ağayev.
Stadion: “SOCAR Polymer Arena”.
17:00. “Qəbələ” – “Mingəçevir” 3:0
Hakimlər: Nazim Abdullayev, Taleh Məmmədov, Rasim Axundov, Mehdi Yusifov.
Stadion: Qəbələ şəhər stadionu.
18:00. “Səbail” – “Zirə” 2:2 Pen. 2:3
Hakimlər: Səbuhi Bayramov, Aydın Baxşıyev, Mirnihad Seyidov, Vaqif Vəliyev.
Stadion: “Bank Respublika Arena”.
Qeyd edək ki, Azərbaycan Kubokunun II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.