Ervins Perkons: “İstədiyimiz nəticəni əldə edə bilmədik”
27.11.2026 - 18:54
Ervins Perkons: “İstədiyimiz nəticəni əldə edə bilmədik”

"İmişli" Misli Premyer Liqasının XIII tutunda Yevlax şəhər stadionunda "Şəfa"ya 1:3 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ervins Perkons matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Oyun haqda danışılacaq çox şey yoxdur. Rəqib yaxşı oynadı, biz isə sadəcə stadionda idik".

- Komandanın oyunu alınmırdı. Bunun səbəbi nədir? 
- Komandada sanki mübarizə, istək yox idi. Rəqib üçün isə sanki bu matç final oyunu idi. Bütün mübarizələrdə bizi üstələdilər. Heç kəs sənə xal verməyəcək, bunu özün qazanmalısan. Rəqib bizdən üstün idi. Buna görə də qələbə qazandılar.

- Taktikanı niyə dəyişmədiz? 
- Deməzdim ki, dəyişmədik. Birinci hissədə 4-4-2 sistemi ilə oynadıq, ikinci hissədə isə 3-5-2-yə keçdik. Topun irəli aparılması yarımmüdafiəçilərdən asılı idi. Onlar daha çox driblinq etməyə çalışırdılar. Belə olanda topun cinahlara çatdırılması ləngiyir. İstədiyimiz nəticəni əldə edə bilmədik.