[b]UEFA açıqladı: ÇL-də kim neçə komanda ilə təmsil olunacaq?[/b]
23.03.2017 - 00:01
[b]UEFA açıqladı: ÇL-də kim neçə komanda ilə təmsil olunacaq?[/b]

UEFA Çempionlar Liqasının 2018/19 mövsümü üçün qrup mərhələsində hansı ölkədən neçə komandanın iştirak edəcəyini açıqlayıb. Apasport.az-ın məlumatına görə, qurum rəsmi saytı vasitəsilə yayımladığı məlumatda suallara aydınlıq gətirib.

 

Belə ki, İspaniya, Almaniya, İngiltərə və İtaliya qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində 4 komanda ilə təmsil olunacaq.

 

Reytinq sıralamasında 5 və 6-cı pillələrdə qərarlaşmış Fransa və Rusiyanın iki komandası birbaşa həlledici mərhələdə yer alacaq. Hər iki ölkənin daha bir təmsilçisi isə qrupa qədər iki təsnifat mərhələsində oynayacaq.

 

İlk onluqda qərarlaşmış digər ölkələr – Portuqaliya, Ukrayna, Belçika və Türkiyə qruplarda və seçmə mərhələlərdə 1 komanda ilə mübarizə aparacaqlar.

 

11 və 12-ci pillələrin sahibi olan Çexiya və İsveçrədən isə bir klub qruplardan bir öncəki pley-off mərhələsində yer almağa haqq qazanacaqlar.

 

Qeyd edək ki, reytinq sıralamasında 26-cı pillədə yer almış Azərbaycan Avrokuboklarda ümumilikdə 4, Çempionlar Liqasında isə 1 komanda ilə mübarizə aparır ki, təmsilçilərimiz mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.

0