[b]“Qəbələ” Kiyev “Dinamo”su ilə qarşılaşacaq[/b]
20.06.2017 - 13:53
[b]“Qəbələ” Kiyev “Dinamo”su ilə qarşılaşacaq[/b]

Avropa Liqasında mübarizə aparacaq “Qəbələ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Klubdan apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar” hazırlığın ikinci mərhələsində daha 3 yoxlama görüşü keçirəcək.

 

Rəqiblərdən ikisinin adı və oyunların keçirilmə tarixi artıq müəyyənləşib. Baş məşqçi Roman Qriqorçuk ilk olaraq iyunun 30-da Albaniya klubu “Kukesi” ilə görüşdə yetirmələrini sınayacaq. Premyer Liqanın gümüş mükafatçısı iyulun 4-də isə Kiyev “Dinamo”su ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, “Qəbələ” Avstriya toplanışının 1-ci mərhələsinə iyunun 22-də Bolqarıstan çempionu “Ludoqorets”ə qarşı görüşlə yekun vuracaq.

0