[b]Premyer Liqa klubu millimizin üzvünü rəsmən açıqladı - FOTO[/b]
17.07.2017 - 21:31
[b]Premyer Liqa klubu millimizin üzvünü rəsmən açıqladı - FOTO[/b]

Milli komandamızın müdafiəçisi Pavel Paşayevin Ukraynanın “Aleksandriya” klubuna keçidi rəsmiləşib. Apasport.az-ın məlumatına görə, yığma üzvü bu gün yeni klubu ilə rəsmi müqavilə imzalayıb.

 

Bu barədə klub saytı xəbər yayıb. Lakin müqavilənin müddəti və digər detallar barədə məlumat verilməyib.

 

Paşayevin son klubu Ukrayna “Stal”ı olub.

 

Qeyd edək ki, “Aleksandriya” Avropa Liqasının III təsnifat mərhələsində “Zirə”nin potensial rəqibidi. Təmsilçimiz Rumıniya “Astra"sını keçəcəyi halda, məhz Paşayevin yeni klubu ilə qarşılaşacaq.

0