Planetin 3 ən güclü şahmatçısından biri Bakıda imiş... – rəsmi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, dekabr üçün müəyyənləşən kişi şahmatçıların reytinqi Azərbaycan üçün tarixi nailiyyətlə əlamətdar olub.

 

Belə ki, yığmamızın lideri Şəhriyar Məmmədyarov müstəqillik tariximizdə ilk dəfə dünyanın 3 ən güclüsü sırasında yer alıb. Ötən ayla müqayisədə 1 pillə irəliləyən qrossmeyster 2799 xalla Maqnus Karlsen (Norveç, 2837) və Levon Aronyanı (Ermənistan, 2805) izləyir.

 

Teymur Rəcəbov 17-ci (2748), Rauf Məmmədov 40-cı (2709), Arkadi Naydiç 43-cü (2705) pillədə yer alıb.  

 

Qadınların “Top-100”ünə isə yığmamızın 2 üzvü düşüb. 2 pillə irəliləyən Ülviyyə Fətəliyeva (2381) 77-ci, yenidən güclülər sırasına qayıdan Zeynəb Məmmədyarova (2363) isə 96-cıdı. Bu şahmatçılarla müqayisədə Günay Məmmədzadə və Gülnar Məmmədova “Top-100”ü tərk ediblər. Bu siyahıda 2680 xalla çinli Yifan Hou birincidi.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10