Türkiyə kubokunun 1/4 final matçları keçirilir.
Apasport.az xəbər verir ki, "Qalatasaray" səfərdə "Fənərbaxça" il üz-üzə gəlir.
Görüşün 82-ci dəqiqəsində oyun yarıda qalıb. Buna səbəb oyundankənar zonada qarışıqlıq və dava baş verib. Matçın 81-ci dəqiqəsində meydanı tərk edən Barış Alper Yılmaz "Fənərbaxça"nın ehtiyat oyunçular skamyası tərəfinə gedərək mübahisəyə daxil olub.
Oyunun baş hakimi Cihan Aydın bu mübahisə nəticəsində 3-ü futbolçu olmaqla 4 nəfərə - Barış Alper Yılmaz, Mert Hakan Yandaş, Kerem Demirbay və "Fənərbaxça"nın texniki heyətindəki Salvatore Foti cəzalandırılıb.
Qeyd edək ki, görüş "cimbom"un 2:1 hesablı üstünlüyü şəraitində davam edir.
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
- “Qalatasaray”a uduzdular, Kartal çempionluqdan danışdı