Azərbaycan yığması 13-cü baş məşqçi ilə 5-ci zəfərə doğru
21.10.2010 - 12:52
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Adil Şükürov Avropa çempionatlarının tarixinə düşəcək. Apasport.az saytının məlumatına görə, 33 yaşlı çalışdırıcı komandamızı qitə birinciliyinin seçmə oyunlarına çıxaracaq 13-cü baş məşqçi olacaq.
Belə ki, rəsmi oyunlarını 1994-cü ildən keçirən millimizin əvvəlki 16 cəhdi ərzində komandaya 12 çalışdırıcı rəhbərlik edib. Bunlardan 10-u yerli mütəxəssis olub: Ələkbər Cəfərov, Valeri Hacıyev, Nadir Qasımov, Əsgər Abdullayev, Şahin Diniyev, Səyavuş İbrahimov, İslam Kərimov, Yaşar Vahabzadə, Arif Əmirxanov, Şakir Qəribov.
Son 2 ildə isə U-17-yə almaniyalı məşqçilər Bernard Lippert, Oliver Pelzer rəhbərlik ediblər. Sabah Portuqaliya ilə görüşə təsadüf edəcək rəsmi debüt ilə Şükürov həm də yığmadakı “Almaniya ənənəsi”nə son qoyacaq. Belə ki, 2007-ci ilin payızında seçmə mərhələyə Yaşar Vahabzadənin rəhbərliyi altında yollanan yığmamız bundan sonrakı matçlarına alman baş məşqçilərlə çıxmışdı.
3 ildən sonra yenidən qitə səhnəsinə yerli çalışdırıcı ilə çıxacaq komandamız əvvəlki 16 turnirdən 4-də ilkin seçmə mərhələni arxada qoya bilib. 5-ci zəfər üçün Portuqaliyaya üz tutan futbolçularımız 2001-ci ilə qədər U-18, sonra isə U-19-ların yarışında iştirak ediblər. Bu müddətdə komandamız 55 görüş keçirərək, 13 qələbə qazanıb, 12 heç-heçə edib və 30 dəfə meydanı başıaşağı tərk edib.

0
0