Kubalı baş məşqçi üçün 12 azərbaycanlı
14.12.2013 - 12:29
Kubalı baş məşqçi üçün 12 azərbaycanlı
Oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin (U-20) heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, kubalı baş məşqçimiz Sillie Tabares Leonardo Avropa çempionatının ilkin mərhələsində güvənəcəyi oyunçuları müəyyənləşdirib.

O, yanvarın 3-5-də İngiltərədə baş tutacaq qarşılaşmalarda İlkin Əliyev, Vüsal Rüstəmov, Laçın Rzayev, Alif Məmmədli, Elməddin Məmmədli, Aqil Ağazadə, Vaqif Əliyev, Vüqar Həsənov, Elnur Hüseynov, Cahangir Cahangirli, Anar Maqsudzadə və Kənan Mustafayevə şans verəcək.

Qeyd edək ki, qrupumuzda İngiltərə ilə yanaşı, Norveç də yer alıb.
0