Əvvəl Hollandiya, ardınca Azərbaycan
13.05.2014 - 10:05
Əvvəl Hollandiya, ardınca Azərbaycan

Qadın voleybolçulardan ibarət Bolqarıstan millisinin Azərbaycanla oyun öncəsi hazırlıq planı məlum olub. Apasport.az saytının məlumatına görə, Avro-2015-in seçmə mərhələsində Faiq Qarayevin yetirmələri ilə yeni qrupda yer alan balkanlılar təlim-məşq toplanışı çərçivəsində 3 sınaq matçı da keçirəcək.

 

Belə ki, rusiyalı dünya çempionu Vladimir Kuzyutkin çalışdırdığı komanda Hollandiya ilə gücün yoxlayacaq. Qarşılaşmalar mayın 16-18-də baş tutacaq.

 

Qeyd edək ki, Avropa çempionatının mayın 22-24-də keçiriləcək II təsnifat mərhələsinin ilk dövrəsinə bolqarlar ev sahibliyi edəcək. Qrupumuzda onlarla yanaşı, Portuqaliya və Yunanıstan milliləri yer alıblar. 

0