Joze Mourinyo: “Bugünkü nəticə ədalətli oldu”
17.08.2025 - 01:51
"Fənərbaxça" Türkiyə Super Liqasının ilk turunda səfərdə "Göztəpə" ilə 0:0 hesablı heç-heçə edib.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər"in baş məşqçisi Joze Mourinyo jurnalistlərə oyunla bağlı açıqlamalar verib.
“Yaxşı müdafiə olunan bir komandaya qarşı oynayırdıq. Oyun qurmaqda çətinlik çəkmədik, əksinə, bu bizim üçün asan oldu. Rəqibin müdafiəçiləri güclüdürsə, onların 10 nəfər, ya da 11 nəfər olması fərq etmir. Səfər matçında hər oyun çətindir, amma açıq deməliyəm ki, bugünkü nəticə ədalətli oldu”.
- "Real Sosyedad" baş məşqçisi ilə müqaviləni yenilədi - Rəsmi qərar
- Rosenyor Paris klubuna baş məşqçi təyin olundu - Rəsmi müqavilə
- Qurban Qurbanov jurnalistlər önünə çıxacaq
- “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib - FOTO
- DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?
0
0