Azərbaycan millisinin dünya çempionatı üçün heyəti dəqiqləşdi
17.09.2014 - 08:39
Azərbaycan millisinin dünya çempionatı üçün heyəti dəqiqləşdi

Dünya çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti dəqiqləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Faiq Qarayev mundialda güvənəcəyi oyunçuları müəyyənləşdirib.

 

Təcrübəli mütəxəssis sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada baş tutacaq yarışa yollanmazdan öncə 4 voleybolçudan imtina edib. O, ilkin heyətdə adları olan Şəfaqət Həbibova, İrina Makarenko, Leyla Parşkova (hər üçü “Azərreyl”) və Ülkər Kərimovanı (“Lokomotiv”) klublarının düşərgəsinə yollayıb.

 

Qarayev 15 nəfərlik yekun heyətə zədəli Kseniya Kovalenkonun adını da daxil edib.

 

Azərbaycan millisinin heyəti

4. Oksana Parxomenko, 14. Kristina Yaqubova, 8. Natəvan Qasımova, 2. Kseniya Kovalenko, 6. Ayşən Abduləzimova, 15. Aynur Kərimova, 18. Yelizaveta Səmədova, 3. Anastasiya Qurbanova, 5. Odina Əliyeva, 7. Yelena Parxomenko, 17. Polina Rəhimova, 11. Yekaterina Jidkova, 10. Yana Ağayeva, 1. Ceyran Əliyeva, 16. Oksana Kiselyova

 

Qeyd edək ki, Azərbaycan millisi Yaponiya, Çin, Puerto-Rika, Belçika və Kuba ilə D qrupunda yer alıb. Hazırda İtaliyada olan yığmamız dünya çempionatının startına kimi İtaliya ilə 3 yoxlama matçı da keçirəcək.

0