“İqtisadçı”nı CEV kubokunda və Super Liqada hansı klubun əvəzləyəcəyinə oktyabrın 18-də aydınlıq gələcək. Bu barədə apasport.az saytına məlumatı Azərbaycan Voleybol Federasiyasından (AVF) veriblər.
Qurumdan bildiriblər ki, oktyabrın sonlarında start götürəcək ölkə çempionatında neçə komandanın mübarizə aparacağı həftəsonu dəqiqləşəcək. Oktyabrın 18-də sifarişlərin verilməsi bitəcək və “İqtisadçı”nın da taleyinə aydınlıq gələcək. Hətta klubun yenidən başqa sponsorla “peyda” olması da istisna deyil.
Qeyd edək ki, Super Liqanın bürünc mükafatçısı olan “İqtisadçı”nın meneceri Araz İsmayılov saytımıza açıqlamasında komandanın fəaliyyətinin dayandırdığını deyib.