Polina Rəhimova üçün mükəmməl mövsüm - "QIZIL DUBL"
02.05.2025 - 12:59
Polina Rəhimova üçün mükəmməl mövsüm - "QIZIL DUBL"

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Polina Rəhimova Braziliyada növbəti titulunu qazanıb.

Apasport.az xəbər verir ki, o, ölkə çempionu adına yiyələnib.

Fevralda Braziliya Kubokunun qalibi olan voleybolçunun formasını geyindiyi "Osasko" finalda "Sesi Bauru"nu 3:1 hesabı ilə məğlub edib.

İlk dəfə Braziliya çempionluğu yaşayan Rəhimova mövsümü "qızıl dubl"la başa vurub.