[b]“Araz-Naxçıvan” çalxalanır: Futbolçular qovuldu, Əsgər Abdullayevə sərt xəbərdarlıq[/b]
26.10.2014 - 19:44
[b]“Araz-Naxçıvan” çalxalanır: Futbolçular qovuldu, Əsgər Abdullayevə sərt xəbərdarlıq[/b]

Topaz Premyer Liqasının hesabat turunda “Simurq”a böyükhesabla məğlub olan (0:4) “Araz-Naxçıvan”da daxili iclas keçirilib.  Apasport.az saytının xəbərinə görə, klub rəhbərliyi, başda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov olmaqla məşqçilər və futbolçularla görüş təşkil edilib.

 

İclasda çıxış edən Azad Cabbarov komandanın son 7 turda qələbə qazana bilməməsinin səbəblərini məşqçilər korpusu ilə müzakirə edib. Eyni zamanda görüşdə futbolçuların şəxsi, həmçinin kollektiv səviyyələrinin aşağı olduğu diqqətə çatdırılıb və məşqçilərin qarşısına şərt qoyulub.

 

Klubun icraçı-direktoru başda olmaqla, digər işçilərə də ciddi xəbərdarlıq edilib. Komanda ümumi şəkildə cərimələnib və bir neçə futbolçunun göndərilməsinə qərar verilib. Növbəti turlarda komanda bu nəticəni davam etdirəcəyi təqdirdə isə daha ciddi addımlar atılacağı bildirilib (klub saytı).

0