Qurban Qurbanov "Xan" oldu - VİDEO
20.12.2014 - 15:21
 Qurban Qurbanov "Xan" oldu - VİDEO

Görüntülər "Qarabağ" futbol komandasının rəsmi fanklubu olan "İmarət"in ilin yekun aid tədbirindəndir. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edənlər "Qarabağ"ın Azərbaycan futbolunda yerindən, qazandığı uğurlardan, 23 ildən sonra bu il yenidən Azərbaycan çempion olmasından danışıblar.

"Qarabağ"ın inkişafı, tanıdılması və uğurlarında rolu olan insanlar fanklub tərəfindən mükafatlandırılıb. Mükafatlandırılanlar arasında klubun baş məşqçisi Qurban Qurbanov da olub. Azarkeşlər Qurban bəyə xüsusi geyim hədiyyə ediblər və onu "XAN" elan ediblər.

0