“İlk növbədə xarakter və yüksək səviyyədə anlaşma nümayiş etdirdik. Bu da qələbə qazanmağımızla nəticələndi”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Kazan “Dinamo”sunun baş məşqçisi Rişat Qilyazutdinov deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının I turunun Bakı “Lokomotiv”i ilə oyunu haqda fikirlərini açıqlayıb. Qilyazutdinov 3:1 hesablı qələbə qazanan yetirmələrindən razı qaldığını qeyd edib: “Komandamla fəxr edirəm. Onlar müdafiədə xüsusilə yaxşı oynayır. “Lokomotiv” Avropa səviyyəli komandadı. Onlar müdafiədə də çox az səhv edir. Yetirmələrimə gəlincə isə təəssüf ki, oyunun əvvəlində ustalıqlarını tam göstərə bilmədilər. Onlar hücum və və oyuna daxiletmə zamanı səhvlərə yol verirdilər. Amma qələbə istəyi sözünü dedi. Belə təəssüratlandırıcı qələbədən sonra voleybolçularım haqda yalnız xoş sözlər deyə bilərəm”.
Qeyd edək ki, “Dinamo” “Lokomotiv”i 3:1 hesabı ilə məğlub edib.