Proqnozsevərlərə “Ödənişli” kuponlar təklif edən “Apasport” başa çatan iyunda rekordlara imza atıb. Ay ərzində hazırlanan 48 belə variant müştərilərə qazanc gətirib.
Bu, mütləq rekorddur. Əvvəlki rekord mayda qeydə alınan 25 uduş idi.
Rekordunu təxminən ikiqat üstələyən mütəxəssis komandamız iyunu seriya ilə başladığı kimi seriya ilə bitirib. Belə ki, ayın ilk iki günü əvvəl 2, ardınca 3 “Ödənişli” qalib olub.
Ayın sonunda isə 8 günlük seriyada ardıcıl 4 “het-trik” sonrakı 4 “dubl”la sıralanıb. Finişdəki 20 uğurlu “Ödənişli” ilə iyundakı rəqəm 48-ə yüksəlib.
Bu variantların ümumi əmsalı 220,14-dür. Bu göstərici də mütləq rekorddur. Əvvəlki rekord (86,92) təxminən üçqat yenilənib.
Bir sözlə, orta hesabla hər gün 1,6 “Ödənişli” müştərilərə uğur gətirib. Gündəlik orta uduş əmsalı 7,34-dür.
Daim böyük əmsalları ilə betterlərə sevinc gətirən “Ödənişli” iyunda 11 dəfə “5+”lik uduş bəxş edib. Yəni, əmsal 5,00 və ya daha böyük olub.
Mütləq rekord isə 37,84-dür. Bundan başqa, 10,29 əmsallıq uduş da qeydə alınıb. Ay ərzində 9,07, 7,18 və 6,07 əmsallı uduş da yaşanıb.
Qeyd edək ki, iyunda ümumilikdə 288 uduş qeydə alınıb.