Fransa millisinin məğlubiyyətsizlik seriyası 9-a çatıb.
Apasport.az saytının məlumatına görə, AVRO-2020-nin II turunun Macarıstanla oyununda 1:1 hesablı heç-heçə edən Didye Deşamın yetirmələri son 7 ayda 7 qələbə qazanıb və 2 heç-heçə edib.
Fransalılar sonuncu dəfə ötən il noyabrın 11-də Finlandiya ilə yoldaşlıq görüşündə məğlub olub – 0:2. Komandasını məğlubiyyətdən xilas edən Antuan Qrizmann yığmanın rekordunun bir addımlığına çatıb.
O, final mərhələlərində 9-cu matçda qol vurub. O, Avropa çempionatlarının 7, dünya çempionatlarının 2 qarşılaşmasında fərqlənib.
Yalnız Tyerri Anri və Mişel Platini daha çox – hərəyə 10 oyunda qol vurub. Antuanı bu rekorddan bir matç ayırır.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO